image
image
Reproduktiv dövr

Reproduktiv dövr

Qadınların reproduktiv dövrü adətən menarxla (ilk ayabşı) – yeniyetməlik dövrünün başlanğıcı ilə başlayır. Bu, təxminən 12 yaşında baş verir və menopauza (45–55 yaş) ilə sona çatır.  Reproduktiv dövr qadının hamilə qala və uşağı daşıya biləcəyi müddəti əhatə edir.  Reprotivlik dövrünün zirvəsi adətən yeniyetməliyin gec dövründən 20 yaşların  sonuna qədər hesab olunur. Bundan sonra hamiləlik şansı tədricən azalır və 35 yaşdan sonra daha sürətlə azalma baş verir.

Reproduktiv dövr qadının sağlamlığı və gələcək planları üçün vacibdir. Bu dövrdə yumurtalıqlar fəaliyyət göstərir, menstrual dövr formalaşır və orqanizm hamiləliyə hazır olur. Reproduktiv funksiyanın azalması və yaşla əlaqəli risklərin artması qadınların ailə planlamasını və sağlamlıq məsələlərini diqqətlə izləməsini tələb edir.

Reproduktiv dövrün qorunması üçün balanslı qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və mütəmadi tibbi yoxlamalar çox önəmlidir. Hər qadın bu dövrü fərdi şəkildə yaşayır və düzgün qayğı sağlam reproduktiv həyatın təmin edilməsinə kömək edir.

Dr leyla | Reproduktiv dövr

Bu bölmədə