image
image

Yumurtalıq kistaları: səbəblər, simptomlar və müalicə

Ana səhİfə Yumurtalıq kistaları: səbəblər, simptomlar və müalicə
Yumurtalıq kistaları: səbəblər, simptomlar və müalicə

Yumurtalıq kistaları: səbəblər, simptomlar və müalicə

Yumurtalıq kistaları adətən maye ilə dolu kisəciklərdir və yumurtalıqda və ya onun səthində yaranır. Qadınlarda iki yumurtalıq olur – hərəsi uşaqlığın bir tərəfində yerləşir. Hər bir yumurtalıq təxminən badam ölçüsündə və formasındadır. Yumurtalar reproduktiv yaşda hər ay menstrual tsikl zamanı sərbəst buraxılır.

Yumurtalıq kistaları çox rast gəlinir. Çox vaxt heç bir narahatlıq yaratmır və təhlükəsizdir. Əksər kistalar bir neçə ay ərzində müalicəsiz yox olur.

Lakin bəzən yumurtalıq kistaları burula və ya partlaya bilər. Bu ciddi simptomlara səbəb ola bilər. Sağlamlığınızı qorumaq üçün müntəzəm ginekoloji müayinələrdən keçin və bu ciddi problemin əlamətlərini bilin.

Yumurtalıq kistalarının növləri

Funksional kistalar: Ən yayılmış kistalardır və adətən öz-özünə yox olur.

- Dermoid kistalar: Adətən anadangəlmə olur, içərisi maye, yağ və toxuma qarışığı ilə dolu ola bilər.

- Endometriomalar: Endometrioz xəstəliyi zamanı yaranan kistalar.

- Sistadenomalar: Yumurtalıq səthində əmələ gələn maye və ya gellə dolu kistalardır.

Simptomlar

Əksər yumurtalıq kistaları simptomsuz olur. Böyük kistalar isə aşağıdakı simptomlara səbəb ola bilər:

- Çanaq ağrıları: Qarınaltı nahiyədə, uşaqlıqdan yan tərəfə doğru sızıltılı və ya kəskin ağrılar olur. Ağrı davamlı və ya tutma şəklində bilər.

- Qarın nahiyəsində dolğunluq, təzyiq və ya ağırlıq hissi.

- Şişkinlik.

- Mədə-bağırsaq problemləri: Qəbizlik və ya tez-tez sidiyə getmə.

- Ani, kəskin ağrı: Kistanın burulması və ya partlaması zamanı.

 

Səbəblər

Hormon balansının pozulması

- Endometrioz

- Yumurtalıq polipləri və sistadenomalar

- Qadınlarda reproduktiv yaş dövründə yaranan funksional dəyişikliklər

Diaqnostika

Yumurtalıq kistalarının diaqnozu müxtəlif üsullarla qoyula bilər. Ginekoloji müayinə zamanı yumurtalıqda bərk və ya maye dolu kütlə hiss edilir. Ultrasəs müayinəsi kistanın ölçüsü, forması və maye doluluğunu göstərir. Doppler ultrasəs vasitəsilə isə, kistaların qan dövranı yoxlanılır. Lazım olduqda isə laparoskopiya edilərək kista çıxarılır və analiz üçün laboratoriyaya göndərilir.

Müalicə

İzləmə: Kiçik funksional kistalar adətən bir neçə ay ərzində yox olur.

Hormon terapiyası: Aybaşı tsiklini tənzimləmək və yeni kistaların yaranmasını önləmək üçün.

Cərrahi müdaxilə: Kistaların böyük olması, ağrı, burulma və ya partlama riskində.

Dərman müalicəsi: Ağrıları azaltmaq üçün analgetiklər və iltihab əleyhinə dərmanlar.

Həkimə nə zaman müraciət etməli

Aşağıdakı hallarda dərhal tibbi yardım alın:

- Ani, kəskin qarın və ya çanaq  ağrısı

- Ağrı ilə birlikdə hərarət və qusma

- Şok əlamətləri: Soyuq, yapışqan dəri, sürətli nəfəsalma, başgicəllənmə və zəiflik

- Böyük kistaların aşkarlanması və ya davamlı ağrı.

Qeyd

Yumurtalıq kistaları çox vaxt təhlükəsizdir, lakin müntəzəm ginekoloji müayinə vacibdir.Hər hansı kistaların böyüməsi və ya burulma riski ciddi tibbi müdaxilə tələb edə bilər.

Dr leyla | Yumurtalıq kistaları: səbəblər, simptomlar və müalicə

Bu bölmədə

No subcategories found.