III Trimestr - 29-40-cı həftələr
Hamiləliyin üçüncü trimestri (29–40-cı həftələr) dölün doğuma hazırlandığı və ananın fiziki olaraq ən çox dəyişiklik yaşadığı dövrdür. Bu mərhələ həm həyəcanlı, həm də diqqətli olmağı tələb edən bir prosesdir. Döl sürətlə böyüyür, çəkisi artır, ağciyər və digər həyati orqanları tam inkişaf edir, bədəni doğuş üçün hazırlaşır.
Anada isə qarın böyüyür, bel və bacaklarda ağırlıq hissi, döşlərdə dəyişiklik, yuxu pozuntuları və nəfəs darlığı kimi əlamətlər müşahidə oluna bilər. Hamiləliyin bu mərhələsində müntəzəm həkim nəzarəti, USM və laborator analizlər davam edir, doğuş planı və mümkün risklər qiymətləndirilir.
3-cü trimestr həm ananın, həm də körpənin sağlamlığı üçün ən kritik dövrlərdən biridir. Sağlam qidalanma, kifayət qədər istirahət və həkimlə sıx əlaqə bu dövrdə vacibdir, həmçinin psixoloji hazırlıq da doğuşa daha rahat və təhlükəsiz şəkildə hazırlaşmağa kömək edir.