image
image
10 HƏFTƏ HAMİLƏLİK

10 HƏFTƏ HAMİLƏLİK

10 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, HƏZM POZULMALARI VƏ İLK ULTRASƏS MÜAYİNƏNİZ

İndi uşaqlığınız portağal boydadır və körpənizin uzunluğu təxminən 3 sm-dir.

Bu həftə körpənizin inkişafı

Körpənizin başı hələ də kifayət qədər böyükdür, lakin bədəni ona çatmağa çalışır. Bütün üz sümükləri formalaşmağa başlayıb və üz çizgiləri daha yaxşı müəyyən edilir. Diş rüşeymləri əmələ gəlib və gözlər tam inkişaf edib.

10-cu həftədə hamiləliyin əlamətləri

Əgər bu ilk hamiləliyinizdirsə, bu həftədən sonra hər şeyin necə fərqli ola biləcəyini bilməyəcəksiniz.

Həzm pozulmaları

Həzm pozulmaları (mədə yanması və ya reflüks kimi tanınır) hamiləlikdə yaygındır. Bu, hormonal dəyişikliklər və böyüyən döldən qaynaqlanır. Simptomları yüngülləşdirmək üçün bəzi üsullar mövcuddur, lakin simptomlar şiddətlidirsə həkimə müraciət edin. Daha ətraflı məlumat üçün “Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi” məqaləsini oxuyun.

Mədə ağrısı

Mədə ağrıları və qarın sancıları hamiləlikdə tez-tez olur. Ağrı vəziyyəti dəyişəndə, istirahət edərkən, qaz çıxardarkən və ya böyük bayıra çıxdıqda yüngülləşirsə, ciddi problem olmaya bilər.

Lakin instinktlərinizə qulaq asın. Əgər ağrı sizi narahat edir və ya nəyinsə qaydasında olmadığını hiss edirsinizsə, həkiminizlə əlaqə saxlayın.

Vaginal axıntı

Hamiləlik dövründə vaginal axıntının artması normaldır. Normal axıntı duru, şəffaf və ya süd ağ rəngində olur. Xoşagəlməz qoxu və ya qaşınma olmamalıdır.

Vaginal axıntıda hər hansı artım və ya dəyişiklik müşahidə etsəniz, həkiminizlə məsləhətləşin.

10-cu həftədə nə etməli

Antenatal müayinə

Çox güman ki, bu vaxta qədər ilk antenatal vizitiniz üçün görüş təyin etmisiniz. Əgər yoxdursa, narahat olmayın. Bu, adətən hamiləliyin 8-12-ci həftələri arasında edilir. Həkiminizlə əlaqə saxlayaraq görüş təyin edin.

Hamiləliklə bağlı bütün suallarınızı mama-ginekoloqunuzdan çəkinmədən soruşun. Utanmayın, bu sualları onlar əvvəllər də eşidiblər.

Analıq məzuniyyəti

Həkiminizdən və müraciət etdiyiniz tibb müəssisəsindən analıq məzuniyyəti haqqında məlumat alın. Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir.

  • Ümumilikdə 126 təqvim günü (doğuşa qədər 70 gün, doğuşdan sonra 56 gün)

  • Ağır doğuş, iki və daha artıq uşaq üçün doğuşdan sonra müddət 70 günədək uzadıla bilər.

İlk ultrasəs müayinəsi (USM)

İlk rutin tarama hamiləliyin təxminən 11-14-cü həftələrində edilir. Görüş təyin edilməyibsə, həkiminizlə danışın. İlk dəfə körpənizi görmək emosional təcrübə ola bilər.

USM vasitəsilə:

  • Körpənin ölçüsünə baxaraq təxmini doğuş tarixi təsdiqlənir;

  • Birdən çox körpəniz olub olmadığı müəyyən edilir;

  • Daun sindromu, Edvard sindromu və Patau sindromu riskini qiymətləndirmək üçün ənsə qalınlığı ölçülür.

Ultrasəs müayinəsi həm sizə, həm də körpənizə zərər vermir. Hamiləlik skrininqləri üçün sidik kisəsinin dolu olması görüntünü daha aydın edir.

Dr leyla | 10 HƏFTƏ HAMİLƏLİK

Bu bölmədə

No subcategories found.