Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi
1. Diş əti qanaması
Dişlərinizi fırçalayarkən diş ətinizin qanadığını görmüsünüzmü? Bu, hamiləlikdə diş əti iltihabı – gingivit zamanı baş verə bilər. Hormonlar diş ətlərini ərplərə qarşı daha həssas edə bilər və nəticədə şişkinlik və qanamalar müşahidə olunar.
Nə etməli:
-
Diş həkiminə müraciət edin;
-
Professional təmizlik barədə soruşun;
-
Dişlərinizi gündə iki dəfə 2 dəqiqə fırçalayın;
-
Şəkərli və turşulu qidalardan uzaq durun;
-
Siqareti tərgidin;
-
Qusmadan sonra ağız su ilə yaxalanmalı, dişləri fırçalamadan əvvəl 1 saat gözlənilməlidir.
2. Ayaq qıcolmaları
Hamiləlikdə ayaq qıcolmaları, xüsusən də gecələr, tez-tez rast gəlinir. Bu, ayağın alt hissəsində ani və kəskin ağrılarla müşayiət olunur.
Nə etməli:
-
Ayağı uzadaraq topuğu hərəkət etdirmək;
-
Barmaqları aşağı doğru tutmaq;
-
Ayaqları uzadaraq yüngül gərnəşmək;
-
Həkimlə məsləhətləşin, əgər:
-
Qıcolmalar yuxunuzu pozursa;
-
Uyuşma və şişkinlik varsa;
-
Qıcolma 10 dəqiqədən çox davam edirsə.
-
3. Bayılma
Hormonal dəyişikliklər, aşağı təzyiq və susuzluq bayılmaya səbəb ola bilər.
Nə etməli:
-
Yavaş ayağa qalxın;
-
Huşsuzluq hissi olduqda oturun və ya yan üstə uzanın;
-
Arxa üstə yatmayın (xüsusilə üçüncü trimesterdə);
-
Bol su için;
-
Həkimə məlumat verin.
4. İsti basmaları
Hamiləlikdə qan dövranının artması və hormonal dəyişikliklər bədəndə istilik hissini artırır.
Nə etməli:
-
Ventilyatordan istifadə edin;
-
Boş və nəfəsalan geyimlər seçin;
-
Bol su için;
-
Üzməyə və ya sərin vanna qəbul etməyə çalışın;
-
Əksinə üşümə hissi də ola bilər – narahatsınızsa həkimə müraciət edin.
5. Baş ağrıları
Ən çox erkən dövrlərdə görülür və zamanla azala bilər.
Nə etməli:
-
İstirahət edin;
-
Susuz qalmayın;
-
Parasetamol qəbul edə bilərsiniz (tövsiyə olunan dozada);
-
Kodein və ya ibuprofen istifadə etməyin;
-
Şiddətli və keçməyən baş ağrısı varsa – preeklampsiya ola bilər, həkimə müraciət edin.
6. Həzm pozulması və mədə yanması
Böyüyən uşaqlıq və hormonlar səbəbindən mədə sıxılır və narahatlıq yaranır.
Simptomlar:
-
Mədə yanması, dolğunluq, gəyirmə, ürəkbulanma.
Nə etməli:
-
Ədviyyatlı və turş qidalardan uzaq durun;
-
Kiçik porsiyalarda tez-tez yeyin;
-
Yeməkdən sonra düz oturun;
-
Yatmazdan 3 saat əvvəl yeməyi bitirin;
-
Siqaret və spirtli içkilərdən uzaq durun;
-
Mədə yanması şiddətlidirsə, həkimlə danışın.
7. Topuq, əl və ayaqlarda şişkinlik
Bədəndə toplanan artıq maye aşağı ətraflara yığılır.
Nə etməli:
-
Ayaq üstə uzun müddət qalmayın;
-
Ayaqları ürəkdən yüksəkdə tutun;
-
Rahat ayaqqabı və corab geyinin;
-
Barmaqları hərəkət etdirin və dairəvi hərəkətlər edin;
-
Bol su için;
-
Yüngül məşqlər edin;
-
Qəfil və çox şişkinlik varsa – preeklampsiya riski ola bilər, həkimə müraciət edin.
8. Qəbizlik
Hamiləlik hormonları həzm sistemini yavaşlada bilər.
Nə etməli:
-
Lifli qidalarla qidalanın (meyvə, tərəvəz, paxlalılar);
-
Bol su için;
-
Yüngül fiziki aktivliklə məşğul olun;
-
Dəmir preparatları barədə həkimlə danışın.
9. İshal (Diareya)
Hormonal dəyişikliklər, virus və ya qida zəhərlənməsi səbəb ola bilər.
Diqqət:
-
Loperamid (Imodium və s.) hamiləlikdə tövsiyə edilmir.
-
Listeriya infeksiyası riski varsa (hərarət, üşütmə, ağrı), həkimə dərhal müraciət edin.
10. Hemorroy (Babasil)
Hamiləlik zamanı anal nahiyədə damarların genişlənməsi nəticəsində yaranır.
Simptomlar:
-
Qaşınma, ağrı, şişkinlik, qanaxma, anusda çıxıntı.
Nə etməli:
-
Qəbizliyin qarşısını alın;
-
Bol su için;
-
Lifli qidalar yeyin (kəpək çörəyi, meyvə, tərəvəz);
-
Həkimlə məsləhətləşmədən dərman və ya krem istifadə etməyin.
Unutmayın:
Hamiləlik müddətində yaranan bu və digər sağlamlıq problemlərinin düzgün diaqnostikası və müalicəsi üçün mütləq həkimə müraciət edin.