20 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, 20 HƏFTƏDƏ USM VƏ PSİXİ SAĞLAMLIĞIMIZ
Əgər onlar ayaq üstə dursaydı, körpənizin boyu təxminən 26 sm, yəni təxmini A4 kağız parçası uzunluğunda olardı!
Bu həftə körpənizin inkişafı
Körpənizin dərisi indi verniks adlanan ağ, qaymağabənzər bir maddə ilə örtülmüşdür. Bunun ana bətnində olarkən onların dərilərini qoruduğu düşünülür.
Körpənizin ultrasəs müayinəsi zamanı baş barmağını əmdiyini görə bilərsiniz. Onlar qidalanmağa başladıqları zaman vacib olan əmmə refleksini məşq edirlər.
20-ci həftədə hamiləliyin əlamətləri
Təbriklər – hamiləlik müddətinin yarısını artıq geridə qoydunuz!
Hamiləlikdə üşümək
Əksər insanlar hamiləlik dövründə adi haldan daha isti hiss edirlər. Bunun səbəbi hormonal dəyişikliklər və dərinin qan təhcizatının artmasıdır.
Bəzi insanlar hamiləlikdə həmişəkindən daha çox üşüyürlər. Bu, mütləq nəyinsə qayadasında olmadığını göstərmir. Bunun səbəbi vücudunuzun soyumağa çalışarkən həddindən artıq yüklənməsi ola bilər.
Ancaq üşümənizə səbəb olacaq bəzi xəstəliklər zamanı müalicəyə ehtiyacınız ola bilər. Beləliklə, əgər hamiləlik müddətində üşüyürsünüzsə, ediləcək ən yaxşı şey həkim ilə danışmaqdır.
Psixi sağlamlıq
Əvvəllər psixi sağlamlığınızla bağlı heç bir problem yaşamamış olsanız belə, hamiləlik zamanı depressiya və ya narahatlıq kimi psixi sağlamlıq problemlərinin meydana çıxması təəccüblü deyil.
Xoşbəxt hiss etdiyinizdən daha çox kədərlənməyə başlasanız, həkiminiz ilə danışın. Onlar simptomlarınızı idarə etməyə və sizə lazım olan hər hansı əlavə dəstəyi almağa kömək edəcəklər. Sizə kömək etmək üçün əllərindən gələni edəcək etibarlı dostlar və ailəniz ilə danışmaq da faydalı ola bilər.
Əgər daha əvvəl körpə itkisi ilə qarşılaşmısınızsa, psixi durumunuzu idarə etmək çətin ola bilər. Bəzi insanlar eyni təcrübəni yaşayan insanlarla danışmağın faydalı ola biləcəyini düşünürlər.
20-ci həftədə nə etməli
Hamiləlik proqramlarına etibar edə bilərəmmi?
Müxtəlif dillərdə yüzlərlə hamiləlik proqramı mövcuddur və onlardan istifadə etmək əyləncəli ola bilər. Ancaq antenatal qulluq və ya həkim müayinəsi əvəzinə bunları istifadə etmək olmaz.
Anomaliya (dölün qüsurlarının) müayinəsi
18-21 həftələr arasında fetal anomaliya skrininqi kimi tanınan ikinci USM olacaq. Bu müayinənin məqsədi körpənizin fiziki inkişafını yoxlamaqdır.
Əksər hallarda, tarama körpənin gözlənildiyi kimi inkişaf etdiyini göstərəcəkdir. Ancaq bəzən onlar sizin və ya körpənizin sağlamlıq problemləri riskinin artmasını göstərə bilərlər. Bu halda siz daha ətraflı ultrasəs müayinəsi üçün fetal tibb mütəxəssisinə müraciət edə bilərsiniz.
Sağlam qidalanma vərdişlərinə davam edin
İstədiyinizi yemək və içmək günləriniz arxada qala bilər, lakin sağlam qidalanma vərdişlərinə davam etmək vacibdir. Bu, spirtli içkilərdən uzaq durmaq, kofeini məhdudlaşdırmaq və hamiləliyinizə zərər verə biləcək qidalardan qaçınmaq deməkdir.
Maliyyə problemləriniz varsa və ya evdə yemək bişirməyə vaxtınız yoxdursa, düzgün qidalanmaq daha çətin ola bilər. Az büdcə ilə daha yaxşı qidalanmağın yollarını araşdırmağınız məsləhət görülür.
Lazımsız məsləhətlər
Hər bir valideynin hamiləlik dövründə aldıqları faydasız məsləhətlər, şərhlər və ya suallar haqqında hekayəsi var.
Bu söhbətlər çox vaxt xoş niyyətli olur və bəzən faydalı və ya həvəsləndirici ola bilər. Lakin onlar həm də yararsız, müdaxiləedici və hətta narahatedici ola bilər.
Bəzən bu söz-söhbətdən canınızı qurtarmaq çətin olur. Ancaq özünüzü narahat hiss edirsinizsə, məsələ haqqında danışmaq istəmədiyinizi söyləməkdən qorxmayın. Hazırda görüləcək çox işiniz var və indi sizə kömək etməyən hər hansı bir məsləhəti dinləmək üçün özünüzü təzyiq altında hiss etməməlisiniz.