Hamiləliyin 17-ci həftəsi

17 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, BÖYÜYƏN QARNINIZ VƏ D VİTAMİNİ

Körpəniz təxminən portağal ölçüsündə, təxminən 12 sm uzunluğunda və  150 q ağırlığındadır. Süd vəziniz böyüyür.

Bu həftə körpənizin inkişafı 

17-ci həftənin əvvəlində körpənizin ölçüsü kəskin şəkildə artaraq təxminən 13 sm uzunluğa və təxminən 150 q  ağırlığındadır.

Körpənizin üzünü görə bilsəydiniz, kirpiklərinin və qaşlarının böyüməyə başladığını, əlini tuta bilsəydiniz, onların artıq unikal barmaq izinin olduğunu görərdiniz.

Körpənizin başı hələ bir az böyük olsa da, bədəni, qolları və ayaqları sürətlə böyüyür və daha mütənasib olur. 

Körpənizin gözləri hərəkət edə bilər, lakin onların göz qapaqları hələ də bağlıdır və ikinci trimestrin çox hissəsi bağlı qalacaq.

Qarınınızın böyüməsi

Uşaqlığınız çanaqdan yuxarı qalxdıqca beliniz qalınlaşacaq və qarnınız bir az daha nəzərə çarpmağa başlayacaq. Əgər sizdə təkrar hamiləlikdirsə, qarnınız ilk dəfə ana olanlara nisbətən bir qədər tez bilinməyə başlaya bilər. Bunun səbəbi, uşaqlıq və qarın  əzələlələrinizin əvvəlki hamiləliyinizdən daha tez dartılmasıdır.

Körpənizin hərəkətləri

Körpənizin hərəkətini hamiləliyin 16-cı həftəsində hiss edə bilərsiniz, lakin qadınların əksəriyyəti adətən 18-24 həftələr arasında hiss edirlər. Körpənin hərəkət etdiyini hiss etmək onun yaxşı olduğuna işarədir.

Stress və narahatlıq

Hamiləliyiniz boyunca həyəcanlı və xoşbəxt hiss edəcəyinizi gözləmiş ola bilərsiniz, lakin heç kim hər zaman pozitiv hiss edə bilməz. Hamiləlikdə depressiya, stress və ya narahatlıq hiss etmək çox rast gəlinir. Bu, hamilə qalmaq qərarının səhv olduğunu və ya körpənizi sevməyəcəyiniz mənasına gəlmir.

 

Nə hiss etdiyiniz barədə həkiminiz ilə danışın. Hamiləlikdə həkimlər təkcə fiziki yox, həm də psixi  sağlamlığınızın qayğısına qalmalıdırlar. Ehtiyac yarandıqda psixoloqlardan da yardım ala bilərsiniz.

17-ci həftədə nə etməli

18 və 21 həftələr arasında döl  anomaliyalarına görə ikinci taramanız olacaq. Bu, körpənizin böyüməsini və inkişafını yoxlamaq üçündür.

Bu skrininqlərin nəticəsi çox vaxt körpənin normal inkişaf etdiyini göstərir, çünki körpələrin əksəriyyəti sağlamdır. Ancaq sizi narahat edən hər hansı bir şey varsa və ya sadəcə olaraq nəyinsə düzgün olmadığını hiss edirsinizsə, həkimizlə danışın, həkim ehtiyac olduğunu düşünərsə, lazım olan müayinələri təkrar etməyinizi məsləhət görə bilər.

Bu ultrasəs müayinəsi zamanı körpənizin cinsini öyrənə bilərsiniz. Körpənizin cinsini bilmək istəyirsinizsə, müayinənin əvvəlində ultrasəs həkiminizə deyin. Sonoqrafın körpənizin cinsinə 100% əmin olması mümkün deyil.

Ciftin (plasentanın) öndə yerləşməsi

Bəzi insanlar ikinci ultrasəs müayinəsi zamanı ciftin uşaqlığın  ön divarında yerləşməsini  öyrənirlər. Bunun fəsadlara səbəb olması ehtimalı çox azdır, lakin qarnınızın ön tərəfinə doğru  yerləşən plasenta, yastıq funksiyası daşıdığından körpənizin hərəkətini hiss etməyi bir az çətinləşdirə bilər.

“İki nəfərin yerinə yemək”  

Sizi hamiləlik müddətində nə yeyəcəyiniz və ya nə qədər yeyəcəyiniz maraqlandıra bilər. Kimin deməsindən asılı olmayaraq, hamiləlik zamanı iki nəfərlik yemək yeməyə ehtiyac yoxdur. Körpəniz bədəninizdən ehtiyac duyduğu hər şeyi alır və son üç aya qədər siz heç bir əlavə kalori almadan yaxşı inkişaf edir.

6 aya çatdıqdan sonra gündə əlavə 200 kaloriyə ehtiyacınız ola bilər ki, bu da təxminən yarım sendviç deməkdir.

Kifayət qədər D vitamini alırsınız?

Bütün hamilə qadınlar hər gün ən azı 10 mkq (400 TV) D vitamini əlavəsi qəbul etməlidirlər. Bu, körpənizin sümüklərini möhkəmləndirəcək və  raxit xəstəliyinin yaranama  riskini aşağı salacaq.

İdman və hamiləlik

Məşq körpəniz üçün təhlükəli deyil, ona görə də özünüzü rahat hiss etdiyiniz müddətdə normal fiziki fəaliyyətinizi davam etdirə bilərsiniz. Ancaq unutmayın ki, özünüzü yormaq olmaz.

Əgər hamilə qalmadan əvvəl fiziki cəhətdən aktiv deyildinizsə, gərgin idmana başlamayın. Gəzinti və ya üzgüçülük kimi yüngül məşqlər kömək edəcəkdir. Hər hansı bir idman məşq etsəniz, təlimatçıya hamilə olduğunuzu bildirin.

Çanaq dibi əzələlərinin məşqləri

Hamiləlik və doğuş zamanı çanaq dibi əzələləri böyük gərginliyə məruz qalır. Əgər bu əzələlər zəifləsə, öskürərkən və ya asqırarkən sidik qaçırma əmələ gələ bilər. Pelvik dibi məşqləri körpəniz doğulduqdan sonra sidikqaçırma riskini azalda bilər. Məşqlərə erkən müddətdə  başlamaq lazımdır.

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr