15 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, DƏRİ QAŞINMASI VƏ “UŞAQ BEYNİ”
Körpəniz kiçik armud ölçüsündədir.
Bu həftə körpənizin inkişafı
Körpənizin eşitmə qabiliyyəti inkişaf edir və bundan sonra o, sizin səsinizi, ürək döyüntüsünüzün rahatlaşdırıcı səsini və xarici dünyadan gələn boğuq səsləri eşidə bilər.
Onlar həmçinin qarnınızın xaricində parlaq işığı hiss etməyə başlaya bilərlər.
Bu həftə hərdən bir körpəniz hıçqırmağa başlaya bilər. Hamiləliyinizdə daha sonra, körpəniz hıçqırdıqda, kiçik ritmik çırpıntılar hiss edə bilərsiniz.
Körpənizin hərəkətlərindən hələ xəbərdar olmaya bilərsiniz – qadınların çoxu təxminən 18-ci həftədə onları hiss etməyə başlayır. Körpəniz hərəkətə başlayanda onun hərəkətinin xüsisiyyətlərini öyrənməyə çalışın. Körpənizin hərəkəti onun yaxşı olduğuna işarədir. Körpənin hıçqırıqları körpənin hərəkəti sayılmır.
15-ci həftədə hamiləliyin əlamətləri
Dərinin qaşınması
Böyüyən qarnınızın dərisinində qaşınma hiss edirsiniz? Bu, çox güman ki, dərinizin dartılması ilə əlaqədardır. Əgər belədirsə, narahat olmaq üçün əsas yoxdur. Dərinizy iysiz nəmləndirici ilə masaj edə bilərsiniz.
Siz həmçinin dəridə çatlamalar da görə bilərsiniz. Bunlar təhlükəli deyil və heç bir tibbi problem yaratmır.
Xüsusilə əllərdə və ya ayaqlarda şiddətli qaşınma hamiləliyin intrahepatik xolestazı adlanan ciddi hamiləlik ağırlaşmasının əlaməti ola bilər.
Qanaxma
Hamiləliyiniz zamanı ağrılı və ya ağrısız hər hansı qanaxma varsa, onun səbəbini tapmaq çox vacibdir. Dərhal həkim və ya xəstəxananın doğum şöbəsi ilə əlaqə saxlayın.
Göbələk
Hamilə qadınlarda tez-tez hormonal dəyişikliklər səbəbiylə göbələk infeksiyası müşahidə olunur. Göbələk, vagina ətrafında ağ axıntı, qaşınma, ağrı və qızartıya səbəb ola bilər.
Bu, sizdə narahatlıq yarada bilər, lakin göbələyin körpənizə zərər verə biləcəyinə dair heç bir sübut yoxdur. Müalicə haqqında həkiminizlə danışın.
“Uşaq beyni”
Bəzi qadınlar hamiləlik dövründə unutqan olduqlarını, diqqətlərini cəmləyə bilmədiklərini və ya daha diqqətsiz olduqlarını söyləyirlər. Buna çox vaxt “uşaq beyni” deyilir. Bəzi araşdırmalar göstərir ki, hamilə qadınların yaddaşı və qərar vermə qabiliyyəti daha pisdir. Ancaq hamilə qadınlar daha unutqan olmalarının səbəbi onların yaxşı yatmaması, emosional olması və ağıllarında çox şey olması ola bilər!
Səbəbi nə olursa olsun, görüləcək işlərin siyahısını tərtib etmək, istirahət etməyin yollarını tapmaq və yaxşı yatmağa çalışmaq kömək edə bilər.
Sizdə baş ağrısı, sancılar, ayaqların şişməsi və ya həzm pozulmaları varsa, “Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi” məqaləsində bu patologiyalar haqqqında daha çox məlumat əldə edə bilərsiniz.
15-ci həftədə nə etməli
Hərəkətli olmağa davam edin
Hamiləlik dövründə aktivləşmə sağlamlığınızı artıracaq və körpəniz üçün də faydalıdır. İndi qarnınız daha aydın bilinir, sanki onu daha çox qorumağınız lazım olduğunu hiss edə bilərsiniz, ancaq özünüzü yaxşı hiss edirsinizsə doğuşa qədər məşq etmək təhlükəsizdir.
Təmas məcburiyyəti olan bir neçə idman növündən başqa, hamiləlikdən əvvəl məşğul olduğunuz idman növlərini hamiləlik müddətində də davam edə bilərsiniz.
Əgər hamiləlikdən əvvəl hər hansı idmanla aktiv məşğul olmamısınızsa, hamiləlik müddətində gündəlik gəzinti ilə də aktiv ola bilərsiniz.
Hamiləlikdə iş saatının qısaldılması
Qanunvericilikdə hamilə işçinin iş vaxtının azaldılması üçün konkret mexanizm göstərilmir. Bu məsələ, o cümlədən konkret iş vaxtı işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Təcrübədə, bir qayda olaraq, hamilə işçilərin iş günü 1 saat azaldılır və ya iş günlərindən biri əlavə istirahət günü kimi verilir.
Qısaldılmış iş günü hüququnu təsdiq etmək üçün işçi qeydiyyatda olduğu qadın məsləhətxanasından (poliklinikadan) hamiləlik haqqında arayış almalıdır. Bundan sonra o, işəgötürənə ünvanlanmış müvafiq ərizə yazıb tövsiyə ilə birlikdə kadrlar şöbəsinə təqdim edilməlidir.