Hamiləliyin 13-cü həftəsi

13 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, QƏBİZLİK VƏ SAĞLAM QİDALANMA

Qarnınızın böyüyəcəyi və körpənizin hərəkət etdiyini hiss etməyə başlayacağınız  dövrə – ikinci trimestrə xoş gəlmisiniz.

Bu həftə körpənizin inkişafı

Körpəniz sürətlə böyüyür.

Körpənizin qolları bu dövrə qədər sürətlə inkişaf etmişdir. Dirsəklər, biləklər və barmaqları olan əllər artıq 3D ultrasəsdə aydın görünür.

Yumurtalıqlar və ya xayalar tam formalaşmışdır. Xarici cinsiyyət orqanları isə ayaqlar arasında olan kiçik bir şişkinlikdən penis və ya klitora çevrilir.  20 həftəlik skrininqdə oğlan və ya qız uşağınızın olacağını öyrənə bilərsiniz (baxmayaraq ki, buna ehtiyac yoxdur).

13-cü həftədə hamiləliyin əlamətləri

Yerikləmə

Hamiləlik dövründə hər kəsdə yerikləmə olmur. Ancaq bu sizdə varsa, bilin ki, bu tamamilə normaldır. Yerikləməyə vücudunuzdakı dad və qoxuya təsir edən hormonal  dəyişikliklər  səbəb ola bilər.

Qəbizlik və ya qarının köpməsi

Vücudunuzdakı hormonal dəyişikliklər, hamiləliyinizin çox erkən dövründən qəbizliyə səbəb ola bilər. Meyvə və tərəvəz kimi liflə zəngin qidalar yeməyə çalışın və bol su için.

Ağrılı sidiyə getmə

Əgər sidiyə gedən zaman yanma hissi varsa, bu, hamiləlikdə tez-tez rast gəlinən sidik yolları infeksiyasının əlaməti ola bilər. Bu təhlükəli hal deyil, ancaq infeksiyanın böyrəklərə çatmazdan əvvəl mümkün qədər tez müalicə edilməsi vacibdir.

13-cü həftədə nə etməli

Hamiləlik məktəblərindən faydalana bilərəmmmi?

Hamiləlik məktəblərində verilən antenatal dərslər körpənizin doğulmasına hazırlaşmaq üçün əla bir yoldur. Və onlar bəzən ərazinizdəki digər ailələrlə yeni tanışlıqlar yaratmağınıza vəsilə olacaqlar.

Ölkəmizdə hal-hazırda belə məktəblər çox azdır, lakin gələcəkdə saylarının artmasını ümid edirik.

Sağlam qidalanmaq

Hamiləlikdə balanslaşdırılmış qidalanma sizin və körpəniz üçün vacibdir. Düzgün qidalanma sizin sağlamlığınızı qorumanıza, körpənizin böyüməsinə və inkişafına kömək edəcəkdir.

Əgər siz ilk trimestrinizdə hamiləlik qusması mübarizə aparırdınızsa və bu artıq dayanıbsa, siz özünüzü daha ac hiss edə bilərsiniz. Ancaq buna baxmayaraq, iki nəfərin yerinə yemək lazım deyil!

Yalnız üçüncü trimestrdə kalori qəbulunu artırmalısınız və hətta bundan sonra hər  gün yalnız əlavə 200 kalori lazımdır. Bu, çəkinizi idarə etməyə və beləliklə hamiləlikdə sağlamlığınızı qorumağınıza kömək edəcək.

Qidaları son istifadə tarixinə görə istifadə edin

Hamiləlikdə imtina etməli olduğunuz qidalar var.

Bundan əlavə aşağıdakı şərtlərə əməl etmək də vacibdir:

  • Qidaları son istifadə tarixinə görə istifadə edin;
  • Etiketdəki saxlama təlimatlarına əməl edin və 2 gün ərzində açılmış qidaları bitirin (qablaşdırmada başqa göstəriş yoxdursa);
  • Soyuducudan çıxarıldıqdan sonra 4 saat ərzində hazır yeməkləri (yemədən əvvəl bişirmək və ya qızdırmaq lazım olmayan, məsələn, salatlar və ya sendviçlər) yeyin.

Bu, hamiləlikdə problemlər yarada bilən listerioz adlı infeksiyanın qarşısını almağa kömək edə bilər. Hamiləlikdə infeksiyalardan necə qorunmaq barədə daha çox məlumat əldə edin.

Aktiv olmaq sizə enerji verəcək

Ola bilsin ki, siz son bir neçə ayda daha çox yatmağa meylli olmusunuz, amma ümid edirik ki, indi aktivləşmək sizə bir az daha asan olacaq. Bunun üçün xüsusi bir idman növü ilə məşğul olmağınız vacib deyil. Pilləkənlərdən istifadə etmək və ya işə, məktəbə, mağazalara piyada getmək həqiqətən kömək edir.

Hamiləlikdə hərəkətsiz olmaq (çox oturmaq) ağırlaşma riskinizi artırır, buna görə də bundan qaçmağa çalışın.

Əgər hamiləlikdən əvvəl aktiv olmusunuzsa, əvvəllər etdiyiniz hər şeyi sizin üçün rahat olan səviyyədə etməyə davam edə bilərsiniz. Araşdırmalar göstərir ki, idman hamiləlikdə faydalı və təhlükəsizdir. 

Çanaq dibi əzələlərinin tonusunu artırın

Hələ etməmisinizsə, çanaq dibi əzələlərini tonusunu artırmağa başlamaq üçün yaxşı vaxtdır.

Hamiləlik və doğuş çanaq dibi əzələlərinə böyük bir yük altında qoyur. İndi əzələlərinizi nə qədər gücləndirə bilsəniz, doğum və sonrası üçün bir o qədər yaxşıdır. Bu əzələləri məşq etdirmək gülərkən, asqırarkən və ya öskürərkən sidik qaçırmanın qarşısını almağa kömək edəcək. Bu, cinsi əlaqə üçün də yaxşıdır. 

Hər şəraitdə – dişlərinizi fırçalayanda, avtobus gözlədiyinizdə və ya çaydanı taxdığınız zaman  çanaq dibi məşqləri edə bilərsiniz.

Mən hələ də fol turşusu qəbul etməliyəmmi?

12 həftəlik hamiləlikdən sonra fol turşusu qəbul etməyə xüsusi ehtiyacınız yoxdur. Amma bu zərərli deyil, ona görə də tərkibində fol turşusu olan multivitamin tabletləri qəbul edirsinizsə, davam edə bilərsiniz.

 

Bütün hamilələrin hər gün ən azı 10 mkq (və ya 400 TV) D vitamini əlavəsi qəbul etmələri tövsiyə olunur. Bu, körpənizin həyatının ilk bir neçə ayı üçün kifayət qədər D vitamini verəcəkdir. 

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr