12 HƏFTƏ HAMILƏLİK: KÖRPƏNİN İNKİŞAFI, SKRİNİNQLƏR VƏ HAMİLƏLİK XƏBƏRİNİN İNSANLARA VERİLMƏSİ
Gərgin bir neçə həftə keçirdik : Artıq her şey yerli yerindədir; orqanlar, üzvlər, sümüklər, əzələlər yerindədir və büyüyürlər.
Bu həftə körpənizin inkişafı
Körpəniz kiçik olsa da, artıq tam formalaşıb. Onun ölçüsü təxminən gavalı qədərdir. Plasenta da artıq tam formalaşmışdır, ancaq hamiləliyiniz boyu böyüməyə davam edəcəkdir. Plasenta körpənizin həyatını dəstəkləyən ən önəmli sistemidir; oksigeni, qidalı maddələri və antitelləri qanla körpənizə ötürür.
Bundan sonra körpəniz böyüyəcək, böyüyəcək, böyüyəcək! Hələ bunu hiss etməsəniz də, körpəniz hərəkət edir, əl – qol atır və rəqs edir. Həmçinin uda bilirlər.
12-ci həftədə hamiləliyin əlamətləri
Təbrik edirik! Siz yorucu ilk trimestri arxada qoydunuz. Siz yolun üçdə birindəsiniz və ikinci trimestrdə daha çox enerjiniz olmalıdır.
Hamiləlik hər kəs üçün fərqlidir və özünüzü necə hiss etməyinizlə bağlı heç bir qayda yoxdur. Məsələn, ürəkbulanma və qusma bu dövrdə əksər qadınlarda azalır, lakin bu hamıya aid deyil.
Yorğunluq da ilk 12 həftədən sonra da azala bilər. Ancaq yenə də hamiləlik hər kəs üçün fərqlidir.
Burun qanamaları
Hamiləlikdə gözləmədiyiniz bir neçə əlamətlə qarşılaşa bilərsiniz və burun qanamaları bunlardan biridir.
Hamiləlikdə hormon dəyişiklikləri səbəbindən burun qanamaları olduqca çox rast gəlinir. Çox qan itirmədiyiniz müddətcə narahat olacaq bir şey yoxdur.
Bu halla rastlaşsanız, oturun və burun dəliklərinizin bir qədər yuxarısındakı yumşaq hissəni 10-15 dəqiqə ərzində sıxın. Əgər qanaxma dayanmırsa, həkim məsləhətinə ehtiyacınız olacaq – vaxt itirmədən təcili yardım və ya həkiminizə müraciət edin.
12-ci həftədə nə etməli
İlk skriniq müayinəniz
10-14-cü həftələr arasında sizə ultrasəs müayinəsi təklif olunacaq. Bu, içinizdəki kiçik həyatı görmək üçün ilk şansınızdır! Sonoqraf (USM edən həkim) körpənizin ölçüsünü ölçməklə doğum tarixinizin dəqiq olub olmadığını yoxlaya biləcək. Bu zaman hamiləliyinizin müddəti və körpənizin inkişafını yoxlamaq mümkün olur. Tarama həmçinin Daun sindromu üçün skrininq testinin bir hissəsi ola bilər.
Bu tarama zamanı sidik kisəsinin dolu olmasına ehtiyacınız ola bilər, çünki bu, ultrasəs görüntüsünü daha aydın edir. Bu haqda mama və ya həkiminizdən soruşa bilərsiniz. Müayinə müddəti təxminən 20 dəqiqə çəkir.
Bu həftədə USM-nin məqsədi aşağıdakıları yoxlamaqdır:
- Neçə həftəlik hamiləsiniz və doğum tarixiniz nə vaxtdır;
- Əkiz hamiləlik zamanı uşaqların doğru yerdə böyüməsindən əmin olmaq;
- Körpənizin inkişafı.
Bu tarama, spina bifida kimi bəzi patologiyaları da aşkar edə bilər.
Harada doğacağınıza qərar vermək
İndi harada doğum etmək istədiyinizi düşünməyə başlaya bilərsiniz. Bu, doğum mərkəzi və ya xəstəxananın doğum şöbəsi ola bilər.
Harada doğacağınız sizin qərarınızdır. Ancaq bu, yaşadığınız bölgədə hansı tibbi xidmətlərin mövcudluğundan və bu hamiləlik və ya əvvəlki hamiləliklər zamanı hər hansı fəsadların olub-olmamasından asılıdır.
Seçimləriniz və hər birinin müsbət və mənfi tərəfləri haqqında mama-ginekoloqala danışın. İndi qərar versəniz belə, istəsəniz sonradan fikrinizi dəyişə bilərsiniz.
Diş həkiminə getmək
Hamiləlik hormonları diş ətinin iltihabına və onların qanamasına səbəb ola bilər. Diş həkiminiz hər hansı diş əti xəstəliyini nəzarət altında saxlamağınıza kömək edə bilər.
Hamiləliyiniz haqqında insanlara məlumat verin
İnsanların çoxu bu dövrdə ailəsinə və yaxın dostlarına şad xəbəri söyləməyə başlayır. Bunun səbəbi, düşük riskinin çox azalmasıdır. Artıq gizlətmək də çətinləşə bilər!
Əgər istəmirsinizsə, işəgötürəninizə hələ hamilə olduğunuzu söyləmək məcburiyyətində deyilsiniz. Ancaq indi işəgötürəninizə hamiləliyiniz barədə danışmaq qərarına gəlsəniz, iş yerinizin sizin və körpəniz üçün təhlükəsiz və rahat olmasını təmin etmək üçün onlardan risk qiymətləndirməsi etmələrini xahiş edin.