Hamiləliyin 11-ci həftəsi

11 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, İSTİLİKBASMA HİSSİ VƏ İŞDƏKİ HÜQUQLARINIZ

İndi birinci trimestrin sonuna yaxınlaşırsınız və körpəniz uşaq kimi görünməyə başlayır! Qarnınız tezliklə bilinməyə başlaya bilər.

Bu həftə körpənizin inkişafı

Körpənizin əlini görə bilsəydiniz, onların kiçik, zərif dırnaqları olduğunu görərdiniz. Onların əl və ayaq barmaqları seçilməyə başlayır.

Körpənizin gözləri tamamilə bağlıdır və bir neçə ay ərzində hələ ki, açılmayacaq. Körpənizin başının yan tərəflərində inkişaf edən qulaqcıqlar böyüdükcə daha çox qulaqlara bənzəyir.

11-ci həftədə hamiləliyin əlamətləri

Həmişəkindən daha çox istilənirsiniz

Hormonlarınız və dövr edən qanın miqdarının artması sizə normalda olduğundan  daha isti hiss etdirə bilər. Bol su için və çox istiləyirsinizsə elə paltar geyin ki, lazım olduğunda üstəkini çıxara biləsiniz.

Bəzi qadınlar isə, hamiləlikdə üşüyürlər. 

Ayaqlarınızın şişməsi, qəbizlik və ya başgicəllənmə şikayətləriniz varsa, “Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi” məqaləsində onların xüsusiyyətləri və onlardan qorunmağın yolları haqqında oxuya bilərsiniz.

Narahat olduğunuz əlamətlər

Narahat olduğunuz bir şey varsa  həkiminizə bildirmək vacibdir. Əgər əvvəllər bu barədə danışmısınızsa və təkrar etməkdən çəkinirsinizsə, narahat olmayın və kiminsə vaxtını boşa sərf etdiyinizi düşünməyin. Bu sizin hamiləliyinizdir və öz instinktlərinizə etibar etmək vacibdir.

11-ci həftədə nə etməli

Hamiləlik və iş

Əgər hələ də, hamiləlik zamanı iş şəraitinizi dəyişdirmək barədə düşünməyə başlamamışsınızsa, artıq başlayın. Hamiləlik zamanı təhlükəsiz işləmək, rəhbərliyə məlumat vermək və işdəki hüquqlarınızı bilmək üçün daha çox məlumat əldə edin.

Yaxşı qidalanmaq

Hər zaman nə yediyinizə diqqət yetirməyə çalışmaq sizi çox yora bilər. Sizin və körpənizin lazım olan qida maddələrini almasına kömək etməsi üçün menyunuzda yüngül  dəyişikliklər edin.

Kofein qəbulunu məhdudlaşdırın

Hamiləlik dövründə kofein qəbulunu mümkün qədər məhdudlaşdırmaq yaxşıdır, çünki onun yüksək dozada qəbulu hamiləlik fəsadlarına səbəb ola bilər.

Yeni büstqalter geyinməyə hazırlaşın

Döşləriniz böyüyə bilər, buna görə də indi yeni büstqalter almağın vaxtıdır. Rahat olmaq və vəzini daha yaxşı tutması üçün buna ehtiyacınız ola bilər. 

Dəri dəyişiklikləri

Hamiləlik zamanı məmə uclarınızın və onun ətrafındakı dərinin (areolanızın) qaraldığını görə bilərsiniz. Bunun səbəbi hormonal dəyişikliklərdir.  

 

Bu dəyişikliklər ümumi dəri rənginizin də  bir az qaralmasına, ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Siz həmçinin qarının ortasında tünd bir xətt inkişaf etdiyini görə bilərsiniz. Buna linea nigra deyilir və narahat olmağa dəyməz.

Dəri piqmentasiyası daha çox tünd dəri tiplərində olur.

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr