DOĞUŞDAN SONRA ORQANİZMDƏ OLAN DƏYİŞİKLİKLƏR
Niyə hələ də hamilə kimi görünürəm?
Əksər qadınlar doğuşdan dərhal sonra bədənlərinin hamiləlikdən əvvəlki vəziyyətinə qayıtmasını gözləyirlər. Lakin bəzi hallarda, doğuşdan bir ay sonra hələ də 6 aylıq hamilə kimi görünürlər.
Bunun səbəbi, hamiləlik dövründə körpənizə yer açmaq üçün yavaş-yavaş böyüyən uşaqlığın müəyyən vaxt ərzində normal ölçüsünə qayıtmasıdır. Bu dövr təxminən 6-8 həftə çəkə bilər.
Hamiləlik dövründə orqanizmdə toplanan əlavə maye də tədricən azalır, bu da şişkinliyin və ödemin azalmasına kömək edir.
Bəzi qadınları doğuşdan sonra bədənlərində olan dəyişikliklər narahat etməsə də, bəziləri bu vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Siz bədəninizin uşaq dünyaya gətirməzdən əvvəlki halına qayıtmasını arzulaya bilərsiniz, amma reallıq budur ki, əksər qadınların bədən quruluşları doğuşdan sonra müəyyən dərəcədə dəyişir.
Bu dövrdə özünüzü başqaları ilə müqayisə etməməyə çalışın, çünki hər kəs fərqlidir. Bəzi qadınlar hamiləlik dövründə digərlərindən daha çox çəki ala bilərlər. Digərlərində orqanizmin bərpa müddəti daha uzun müddət çəkə bilər.
Diastasis recti (qarın əzələlərinin aralanması) nədir?
Diastasis recti hamiləlik zamanı qarının ortasından keçən 2 əzələnin aralanmasıdır. Aralanma müxtəlif dərəcələrdə ola bilər.
Bu, böyüyən uşaqlığın əzələ aparatına təzyiqi nəticəsində əzələlərin uzunması və zəifləməsi səbəbindən baş verir. Doğuşdan 8 həftə sonra əzələlər adətən normal vəziyyətinə qayıdır. Bu dövrdən sonra hələ də həmin nahiyədə boşluq hiss edirsinizsə, həkiminizlə əlaqə saxlayın, çünki bu, bel problemlərinə səbəb ola bilər. Ehtiyac yaranarsa, həkiminiz sizi fizioterapevtə yönləndirəcək. Xüsusi məşqlərlə yaranmış problemi aradan qaldırmaq mümkündür.
Çanaq dibi əzələlərini möhkəmləndirmək üçün daimi məşqlər etmək qarın əzələləriniz arasındakı boşluğu azaltmağa kömək edə bilər. Dik dayanmaq və duruşunuza nəzarət etmək də vacibdir.
Dərinin piqmentasiyası (ləkələnməsi)
Hamilə olduğunuz müddətdə dərinizdə bəzi tünd ləkələr əmələ gələ bilər. Dərinin piqmentasiyası (melazma) hamiləlik dövründə hormonal dəyişikliklərə bağlı olur. Bu, tünd dəri tipinə malik qadınlarda çox, açıq və ya çox tünd dəridə isə daha az rast gəlinir.
Hamiləliklə əlaqəli dəri piqmentasiyası adətən bir il ərzində öz-özünə yox olur. Günəş şüalarına məruz qalmamaq üçün yüksək faktorlu günəş kremlərindən istifadə etmək faydalıdır, lakin bəzən bu, ləkələrin daha da artmasına səbəb olur.
Bəzən dəri piqmentasiyası hormonal kontraseptivlər (məsələn, həblər) və ya digər dərmanlarla əlaqəli ola bilər.
Anemiya
Anemiya qırmızı qan hüceyrələri kifayət qədər olmadıqda meydana çıxan patologiyadır. Qırmızı qan hüceyrələrinin tərkibində hemoglobin adlanan bir protein vardır ki, onun funksiyası orqan və toxumalara oksigeni daşımaqdır. Qırmızı qan hüceyrələrinin sayının az olması sizin həddindən artıq yorğun, halsız və təngənəfəs hiss etməyinizə səbəb ola bilər. Bəzi qadınlarda hamiləlik zamanı anemiya meydana çıxır.
Doğuşdan sonra yorğunluq hissi tez-tez baş verir, lakin hər zaman çox yorğun hiss edirsinizsə, sizdə dəmir çatışmazlığı anemiyası ola bilər.
Özünüzü pis hiss edirsinizsə, mama- ginekoloq və ya terapevtlə məsləhətləşməyiniz tövsiyə olunur. Onlar sizə qidalanmanın yaxşılaşdırılması və ya ehtiyac olarsa dəmir əlavələri təyin edəcəklər.
Dəmirlə zəngin olan qidalar:
- Çuğundur və kale (qıvrım kələm) kimi tünd yaşıl yarpaqlı tərəvəzlər;
- Taxıl və dəmirlə zənginləşdirilmiş çörək;
- Ət;
- Paxlalılar (lobya, noxud və mərcimək).
Anemiya olduqda uşağı əmizdirmək təhlükəli deyil. Tövsiyə olunan və ya təyin olunan dozadan artıq almadığınız müddətcə, süd vermə müddətində vitamin əlavələrini də təhlükəsiz qəbul edə bilərsiniz. Bəzi hallarda anemiya südün azalmasına səbəb ola bilər.
Bel ağrısı
Əksər qadınlar hamiləlik zamanı bel ağrısından əziyyət çəkir. Bunun səbəbi, orqanizmi doğuşa hazırlamaq və böyüyən körpəni saxlamaq üçün bağların elastikliyinin azalması və uzanmasıdır ki, bu da oynaqlarınıza düşən yükün artmasına və bel ağrılarına gətirib çıxarır. Bundan əlavə, körpənin artan çəkisinin öhdəsindən gəlməyə çalışarkən onurğa sütununuzdakı təbii əyrilik artır və bu da bel ağrısına səbəb ola bilər.
Körpənizi dünyaya gətirdikdən sonra bel ağrısı bir müddət davam edə bilər. Doğuş və yeni valideyn olmağın yükü də bel ağrılarına səbəb yaradır. Bəzi tədqiqatlar göstərir ki, doğuşdan sonra bel ağrısı təxminən 6 aydan sonra azalmalıdır, lakin bəzi hallarda uzunmüddətli ola bilər. Aparılan araşdırmalara görə, hamiləlik müddətində bel ağrılarından əziyyət çəkən və doğuşdan sonra çox çəki alan qadınlarda zahılıq dövründə bel ağrısı daha uzun müddət davam edir.
Bel ağrılarını aradan qaldırmaq üçün praktik məsləhətlər:
- Körpənizə süd verərkən, kürəyinizi söykəyin və düz oturun. Belinizi dəstəkləmək üçün belinizin arxasına kiçik bir yastıq və ya balış qoyun. Ayaqlarınızın yerə çatdığından əmin olun;
- Oyuncaqları götürmək və ya körpənizi çimizdirmək kimi yerə yaxın olan işləri diz çökmək və ya çömbəlməklə (kürəyinizi əymədən) yerinə yetirin;
- Körpənin bezini hündür yerdə dəyişdirin. Divanın və ya çarpayının yanında yerə diz çökə bilərsiniz. Körpənizin yıxılacağı ehtimalını nəzərə alaraq, onu heç vaxt hündür bir səthdə nəzarətsiz qoymayın;
- Kürəyinizi düz tutun və əşyaları qaldırarkən dizlərinizi bükün;
- Uşaq arabasını itələyərkən kürəyinizi düz tutun.
Vaginal dəyişikliklər
Təbii doğuş zamanı vaginanın girişi uşağın xaricə çıxmasını icazə vermək üçün genişlənir. Bu, xarici cinsiyyət orqanlarını göyərmiş və şişmiş hiss etmənizə səbəb ola bilər. Bu normaldır və bir neçə gündən sonra azalmalıdır. Ancaq vaginanız böyük ehtimalla, doğuşdan əvvəlki formasına qayıtmayacaq. Çanaq dibi əzlələri üçün edilən məşqlər vaginal əzələlərin də sıxlaşmasına kömək edə bilər.
Həmçinin, bəzən vaginal quruluq da əmələ gələ bilər. Bəzi tədqiqatlara görə, əmizdirən qadınlarda estrogen (qadın cinsi hormonu) səviyyəsi aşağı olması bu vəziyyəti daha da pisləşdirə bilər. Bu vəziyyət, zamanla və ya əmizdirməyi dayandırdığınız zaman düzəlməlidir.
Vaginal dəyişikliklər cinsi həyatınıza təsir edə bilər (yenidən cinsi əlaqəyə başlamağa fiziki və emosional olaraq hazır olduğunuz zaman).
Aralığın zədələnmələri
İlk doğan qadınların 10-dan 9-unda müxtəlif dərəcəli cırıqlar və ya epiziotomiya ola bilər. Epiziotomiya, həkimin uşağın daha asan çıxmasını təmin etmək üçün doğuş zamanı vagina ilə anus (perinea) arasındakı nahiyədə kəsik aparmasıdır. Əksəriyyət qadınlarda aralıq cırıqları kiçik olur ve tez sağalır.
Varikozlu damarlar
Varikozlu damarlar şişmiş damarlardır. Adətən mavi və ya tünd bənövşəyi rəngdə, çox vaxt topa, şişmiş və ya bükülmüş görünüşdə olurlar. Narahatedici olsalar da, zərərli deyillər. Hamiləlik müddətində varikozlu damarlar əmələ gəldiyini görsəniz də, əksər hallarda doğuşdan sonra onlarını azaldığını müşahidə edirik.
Bununla belə, genetika (əgər ailənizdə varikoz xəstəliyi olan varsa), artıq çəki, qadın olmaq kimi amillər də varikoza səbəb olur.
Damarların varikozu nadir hallarda ciddi bir vəziyyətdir və adətən heç bir müalicəyə ehtiyac yaranmır. Ancaq hər hansı bir ağrı, narahatlıq yaranarsa, həkimə müraciət edin.
Ayağın dərisinin qızarması, şişməsi və həssaslaşması dərin vena trombozunun əlaməti ola və təcili müalicəyə ehtiyac yarana bilər.
Dəri çatları
Hamiləlik müddətində dərinizdə çatlar əmələ gəlmişsə, onlar uşaq doğulduqdan sonra tam itmirlər. Ancaq tədricən çəhrayı və ya bənovşəyi rəngdən ağa çevrilir və daha az nəzərə çarpmağa başlayırlar.
Süd vəzində olan dəyişikliklər
Tədqiqatlar uşağı əmizdirsəniz də, süni qida ilə qidalandırsanız da hamiləlikdən sonra süd vəzilərinin sallandığını, ölçülərinin və quruluşunun dəyişdiyini göstərir.
Bəzi qadınlarda hamiləlik müddətində süd vəzinin giləsinin rəngi tündləşir. Bu doğuşdan sonra tədricən açılır.
Süd verirsinizsə, xüsusi büstqalterlərdən istifadə edə bilərsiniz. Ancaq çalışmaq lazımdır ki, bu büstqalterlər həm süd vəzinin formasının yaxşılaşmasına, həm özünüzü rahat hiss etmənizə, həm də öz güvəninizin artmasına kömək etsin.
Süd vəziləri hamiləlik dövründə və sonrasında çox dəyişilir, bu səbəblə onları mütamadi olaraq nəzarətdə saxlamağınız və baş verən qeyri –adi dəyişikliklərə qarşı diqqətli olmağınız tövsiyə olunur. Çünki süd vəzisində baş verən bəzi dəyişikliklər süd vəzi xərçənginin əlaməti ola bilər.
Ayaq ölçülərinin dəyişilməsi
Bir çox qadında hamiləlik müddətində ayaqlarda, topuqlarda və barmaqlarda bir qədər şişkinlik olur. Bu şişkinlik doğuşdan sonra yüngülləşir. Ancaq bəzi qadınlar doğuşdan sonra da ayaqqabı nömrələrinin qalıcı olaraq dəyişdiyini qeyd edirlər.
Bəzi araşdırmalar hamiləliyin qadınların ayaqlarının uzunluğunu və enini dəyişdirdiyini göstərirlər. Bunun səbəbi qadınların hamiləlik müddətində daşıdıqları əlavə yükün ayaqlara təzyiq etməsi və ayaq tağının düzləşməsi ola bilər. Həmçinin hamilə qadınlarda oynaq və bağ aparatını boşaldan, ayağın quruluşunun daha yumuşaq olmasını təmin edən hormonlar sintez olunur.
Saç tökülməsi
Əksəriyyat qadınlarda hər gün təxmini 100 saç tükülür. Hormonal dəyişikliklərlə əlaqədar hamiləlik müddətində saçın tökülməsi xeyli azalır. Nəticə etibarı ilə, bir çox hamilə qadın saçlarının daha qalın və ya daha dolğun olduğunu hiss edirlər.
Ancaq zahılıq dövründə qadının saçları yenidən tökülməyə başlayır, bu zaman artıq saçların çoxu da tökülməyə başlaya bilər. Doğuşdan sonrakı saç tökülməsi təxmini 2-4 ay sonra başlayır.
Doğuşdan sonrakı saç tökülməsi geniş yayılmışdır, amma qadınlar tərəfindən sakit qarşılanmır. Hətta bəzi qadınların özgüvəninə də təsir edə bilər.
Doğuşdan sonrakı saç tökülmesi müvəqqətidir və tökülən saçlar zamanla bərpa olunur. Tədqiqatlara görə çox nadir hallarda saç tökülməsi 15 aydan çox davam edir.
Satışda doğum sonrakı saç tökülməsinin qarşısını almağı vəd verən bir çox şampunlar var. Lakin heç birinin effektivliyi sübut olunmayıb.
Müvəqqəti saç tökülməsinin stres, xəstəlik və ya demir əksikliyi kimi səbəbləri də vardır. Saç tökülməsi ilə bağlı ciddi narahatlığınız varsa (məsələn, saçlarınız koma şəklində çıxırsa və keçəl nahiyələriniz əmələ gəlibsə), həkimizə müraciət edin.
Diş problemləri
Hamiləlik dövründə hormonal dəyişikliklər diş ətlərinin daha həssas olmasına, iltihab və qanaxmanın yaranmasına səbəb ola bilər. Əgər səhər qusmalarınız çox olursa, turşuluq dişlərinizə zərər verə bilər.
Bir çox qadın uşaq doğulduqdan sonra diş problemi yaşayır. Körpə doğulduqdan sonra diş həkiminə getməyi çox vaxt təxirə salırlar, lakin diş həkiminiz diş əti xəstəliklərini müalicə etməyə və gələcək problemlərin qarşısını almağa kömək edə bilər.
Doğuşdan sonra bədəniniz barəsində nə hiss edirsiniz?
Bu, bəzi qadınları narahat etməsə də, bəziləri körpə doğulduqdan sonra bədənlərinə mənfi təsir göstərə bilər. Heç vaxt uşaq sahibi olmamış kimi görünmək üçün təzyiq hiss edə bilərsiniz, amma reallıq budur ki, əksər qadınların bədənləri doğuşdan sonra dəyişəcək.
Bəzi incə məşqlər etmək özünüzü daha yaxşı hiss etməyə və özünə inamınızı artırmağa kömək edə bilər. Düzgün doğuş keçirmisinizsə, özünüzü rahat hiss edən kimi yumşaq məşqlərə başlaya bilərsiniz. Bu, gəzinti, yumşaq uzanma, çanaq döşəməsi məşqləri və ya üzgüçülük ola bilər.
Əgər altı həftəlik postnatal yoxlamadan keçmişsinizsə, istəsəniz, aerobika və ya qaçış kimi hər hansı yüksək təsirli məşqə başlamağa əminsiniz.
Nə edirsinizsə edin, necə göründüyünüzə deyil, hazırda necə hiss etdiyinizə diqqət yetirməyə çalışın. Sağlamlığınız və yeni doğulmuş körpənizə baxmağınız çox daha vacibdir.
Doğumdan sonra vücudunuz hakkında ne hissediyorsunuz?
Bu durum bazı kadınları rahatsız etmeyebilir ancak bazıları doğum sonrası vücutları hakkında olumsuz duygulara sahip olabilir. Hiç bebek sahibi olmamış gibi görünmek için baskı hissedebilirsiniz, ancak gerçek şu ki çoğu kadının vücutları doğumdan sonra değişecektir.
Bazı hafif egzersizler yapmak kendinizi daha iyi hissetmenize ve özgüveninizi artırmanıza yardımcı olabilir. Kolay bir doğum geçirdiyseniz, kendinizi hazır hissettiğiniz anda hafif egzersizlere başlayabilirsiniz. Bu, yürümeyi, hafif esneme hareketlerini, pelvik taban egzersizlerini veya yüzmeyi içerebilir.
Altı haftalık doğum sonrası kontrolünüzü yaptırdıysanız, isterseniz aerobik veya koşu gibi yüksek etkili herhangi bir egzersize başlama konusunda kendinize güvenebilirsiniz.
Ne yaparsanız yapın, nasıl göründüğünüzden ziyade şu anda nasıl hissettiğinize odaklanmaya çalışın. Sağlığınız ve yeni doğan bebeğinizin bakımı çok daha önemlidir.