Hamiləliyin 24-cü həftəsi

24 HƏFTƏ HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, QARININ QURULUŞU VƏ HAMİLƏLİK DİABETİNİN YOXLANMASI

Körpəniz indi qarğıdalı boydadır.

Bu həftə körpənizin inkişafı 

Körpənizin boyu uzanmağa və davamlı olaraq çəki almağa davam edir, baxmayaraq ki, onun dolğunlaşması və toppuşlaşması hələ bir az zaman alacaq.

24-cü həftədə hamiləliyin əlamətləri

Daha çox vaginal axıntınız var?

Hamiləlik dövründə daha çox vaginal axıntıya rast gəlinir. Ancaq vaginal axıntınızda hər hansı bir artım və ya dəyişiklikdən şübhələnirsinizsə, həkiminizə müraciət edin.

Vaginal axıntı və aşağıdakı simptomlardan hər hansı biri varsa, həkiminiz ilə əlaqə saxlayın:

  • Qaşınma;
  • Ağrı;
  • Xoşagəlməz qoxu;
  • Sidiyə gedəndə ağrı.

Bu, müalicə edilməli olan bir infeksiyanız olduğunu göstərə bilər.

Qarnınızın quruluşu

Mama və ya həkiminiz 24 həftədən etibarən hər antenatal görüşdə qarnınızı ölçməyə başlayacaq. Bunu ölçü lenti  istifadə edərək qarınınızın yuxarısından qasıq sümüyünüzün yuxarısına qədər ölçməklə edirlər.

Əksər hamilələr qarnı böyük olduqda  körpənin də iri doğulacağından narahat olur. Bəzi hamilələr isə əksinə, qarınları çox kiçik olduğundan körpələrinin normal inkişaf etməsinə şübhə ilə yanaşırlar.

Qarının forma və ölçüləri fərdi xarakter daşıyır, ona görə də qarnınızı başqasınınki ilə müqayisə etməməyə çalışın. Ancaq körpənizin inkişafından narahatsınızsa, həkiminizdən bu barədə məlumat alın.

Mama –ginekoloqda da bu ölçülərə görə körpənin inkişafı ilə bağlı hər hansı narahatlıq yaranarsa, sizi ultrasəs müayinəsinə yönləndirəcək. Bu, mütləq nəyinsə qaydasında olmadığını göstərmir. USM körpənin böyüməsini qiymətləndirmək üçün daha dəqiq bir üsuldur.

24-cü həftədə nə etməli

Qripə qarşı peyvənd etməyi düşünün

Hamiləlikdə qrip vaxtından əvvəl doğuş və ya az çəkili döl kimi bir sıra fəsadlara səbəb ola bilər. Hamiləliyin hansı mərhələsində olmağınızdan asılı olmayaraq, bütün hamilə qadınların qripə qarşı peyvəndi olunması tövsiyə olunur.

 Tədqiqatlar göstərir ki, hamiləliyin istənilən mərhələsində qripə qarşı peyvənd etmək təhlükəsizdir. 

Qrip peyvəndini harada vurduracağınızı öyrənmək üçün qadın məsləhətxanasına müraciət edə bilərsiniz. Peyvəndi sentyabr ayından başlayaraq  olunmaq daha yaxşıdır, çünki bu, qrip mövsümünün başlanğıcıdır.

Hestasional diabetin yoxlanılması

Hestasional diabet hamiləlik zamanı inkişaf edən diabetdir. Hestasional diabeti olan qadınların əksəriyyətində vəziyyət erkən aşkar edilərsə və yaxşı idarə olunarsa, sağlam hamiləlik və sağlam körpələr olur.

Əgər sizdə əvvəllər belə bir xəstəlik olmayıbsa, lakin hestasional diabetin inkişaf riski yüksəkdirsə, hamiləliyin 24-28 həftələrində sizə test təklif edilməlidir.

Kalsium qəbul edin

Qida rasionunuzun kalsiumla zəngin olmasına diqqət yetirin, çünki bu, körpənizin sümük inkişafı üçün son dərəcə vacibdir. Kalsiumu almaq üçün süd məhsulları, portağal, qoz-fındıq, paxlalılar və brokkoli kimi qidalara yer verin. Hamiləlik dövründə gündə 10 mkq D vitamini qəbul etmək də önəmlidir, çünki D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsini artırır. Bu iki elementi qəbul etməklə, körpənizin sağlam inkişafına dəstək olacaqsınız. Unutmayın ki, balanslı qidalanma özünüzün və körpənizin sağlamlığı üçün çox vacibdir.

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr