Hamiləliyin 10-cu həftəsi

10 HƏFTƏLİK HAMİLƏLİK: KÖRPƏNİN İNKİŞAFI, HƏZM POZULMALARI VƏ İLK ULTRASƏS MÜAYİNƏNİZ

İndi uşaqlığınız  portağal boydadır və körpənizin uzunluğu təxminən 3 sm-dir.

Bu həftə körpənizin inkişafı

Körpənizin başı bu mərhələdə hələ də kifayət qədər böyükdür, lakin bədəni də ona çatmağa çalışır. Bütün üz sümükləri tam formalaşmağa başladığından  üz çizgiləri daha yaxşı müəyyən edilir. Diş rüşeymləri əmələ gəlmiş və gözləri tam inkişaf etmişdir.

10-cu həftədə hamiləliyin əlamətləri

Əgər bu ilk hamiləliyinizdirsə, bu həftədən sonra hər şeyin necə fərqli ola biləcəyini bilmirsiniz.

 

Həzm pozulmaları

Həzm pozulmaları (həmçinin mədə yanması və ya reflü kimi tanınır) hamiləlikdə yaygındır. Bu, hormonal dəyişikliklər və böyüməkdə olan döldən qaynaqlanır. Simptomları yüngülləşdirmək üçün edə biləcəyiniz bəzi şeylər var, lakin simptomlarınız şiddətlidirsə, həkimə müraciət edin. Daha ətraflı məlumat üçün “Hamiləlikdə ən çox rast gəlinən 10 sağlamlıq problemi” məqaləsini oxuyun.

Mədə ağrısı

Hamiləlikdə mədə ağrıları və ya qarın sancıları tez-tez olur. Vəziyyəti dəyişdikdə, istirahət etdikdə, böyük bayıra getdikdə və ya qaz çıxardıqda ağrı yüngüldürsə və keçib gedirsə, böyük ehtimalla narahat olmağa dəyməz.

Ancaq instinktlərinizə qulaq asmaq vacibdir. Yaşadığınız hər hansı diskomfort və ya ağrıdan narahatsınızsa və ya sadəcə nəyinsə qaydasında  olmadığını hiss edirsinizsə, həkiminiz  ilə əlaqə saxlayın. Heç kimin vaxtını itirməkdən narahat olmayın. Hər şeyi nəzarət altında saxlamaq həmişə yaxşıdır.

Vaginal axıntınız çoxalıb?

Hamiləlik dövründə vaginal axıntının artması  normaldır. Normal axıntı adətən duru, şəffaf və ya süd ağ rəngində olur. Xoşagəlməz qoxu və ya qaşınma olmamalıdır.

Vaginal axıntıda hər hansı bir artım və ya dəyişikliyə şübhəniz varsa, həkiminiz ilə əlaqə saxlayın.

10-cu həftədə nə etməli

Çox güman ki, antenatal müayinə üçün  ilk vizitinizin tarixini bu vaxta qədər təyin etmisiniz. Əgər yoxsa, narahat olmayın. Bu, adətən hamiləliyin 8-12 həftəsi arasında olur. Bunu təşkil etmədiyinizdən narahatsınızsa, həkiminizlə əlaqə saxlayın.

Hamiləlik haqqında bilmək istədiyiniz hər şeyi mama-ginekoloqunuzdan soruşmaqdan çəkinməyin. Utanmayın, bu sualların hamısını onlar əvvəllər də eşidiblər! 

Analıq məzuniyyəti

Həkiminiz və müraciət etdiyiniz tibb müəssisəsindən analıq məzuniyyəti haqqında məlumat alın. 

Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır.  

İlk ultrasəs müayinəniz (USM)

Siz hamiləliyin təxminən 11-14-cü həftələrində ilk rutin taramanızı etməlisiniz. Bunun üçün görüş təyin edilməyibsə, həkim ilə danışın. Körpənizi ilk dəfə görəcəyiniz üçün bu, emosional bir təcrübə ola bilər.

USM:

  • Körpənizin ölçüsünə baxaraq təxmini doğuş tarixinizi təsdiqləyir;
  • Birdən çox körpəniz olub olmadığına müəyyən edir;
  • Körpənin Daun sindromu, Edvard sindromu və Patau sindromu riskini yoxlamaq üçün ənsə qalınlığının ölçülməsi üçün istifadə edilir.

Ultrasəs müayinəsi sizə və ya körpənizə zərər vermir.  Hamiləlik taramalarınız üçün sidik kisəsinin dolu olmasına ehtiyacınız ola bilər, çünki bu, ultrasəs görüntüsünü daha aydın edir.

 

Formanı doldurun

Formanı doldurun , sizinlə ən qısa zamanda əlaqə saxlayaq.

Bənzər Məqalələr