Hamiləlik Qusması – Hyperemesis Gravidarum
Hyperemesis Gravidarum Nədir?
Hyperemesis gravidarum – hamiləlik qusmasının çox ağır formasıdır. Bu zaman hamilə qadın gündə bir neçə dəfə qusur və yediyi heç bir qida və ya içdiyi maye mədəsində qalmır. Çox vaxt bu vəziyyət xəstəxana şəraitində müalicə tələb edir.
Bu hal hər 100 hamilədən 1–3-ündə müşahidə olunur.
Hyperemesis Gravidarumun Səbəbləri
Araşdırmalara görə, hiperemezis gravidaruma GDF15 adlı hormon səbəb olur.
-
Bu hormon bədəndə həmişə olsa da, bəzi insanlarda səviyyəsi daha yüksəkdir.
-
Hamiləlikdə GDF15 səviyyəsi artır və bədən bu hormona qarşı həddindən artıq reaksiya verir.
-
Genetik mutasiyalar və hamiləlikdən əvvəl hormon səviyyəsinin aşağı olması bu həssaslığı artırır.
Qeyd:
Qanında GDF15 yüksək olan insanlar adətən hamiləlikdə ürəkbulanma və qusmadan əziyyət çəkmirlər.
Risk Faktorları
Aşağıdakı hallarda hiperemezis gravidaruma tutulma riskiniz daha yüksəkdir:
-
Ananız və ya bacınız bu problemi yaşayıbsa;
-
Əvvəlki hamiləliklərdə siz də eyni halı yaşamısınızsa.
Hyperemesis Gravidarumun Simptomları
-
Həddindən artıq ürəkbulanma
-
Davamlı qusma
-
Çəki itkisi
-
Susuzlaşma (dehidratasiya)
-
Aşağı qan təzyiqi
-
İybilmədə dəyişiklik
-
Ağız suyu ifrazının artması
Susuzlaşmanın Əlamətləri:
-
Güclü susuzluq
-
Yorğunluq
-
Sidiyə getmənin azalması
-
Sidiyin tünd və kəskin qoxulu olması
-
Baş ağrısı, qəbizlik
Aşağı təzyiqin əlamətləri:
-
Başgicəllənmə
-
Bulanıq görmə
-
Zəiflik
-
Huşun itməsi
Simptomlar adətən 9–13-cü həftələrdə pik nöqtəyə çatır, 16–24-cü həftələrdə azalır. Bəzən isə hamiləliyin sonuna qədər davam edə bilər.
Hyperemesis Gravidarum və qan laxtalanması
Qusma və susuzluq nəticəsində hərəkətsizlik yaranarsa, qan laxtalanması (tromboz) riski artır.
Bu risk hər 1000 hamilədən 1–2-də müşahidə olunur.
Əgər hərəkət edə bilmirsinizsə və susuzluq varsa, qan laxtasının qarşısını almaq üçün xüsusi müalicə təklif oluna bilər.
Hyperemesis Gravidarumun müalicəsi
-
Qusmalarınız çox sıxdırsa və maye/qida mədədə qalmırsa, təcili həkimə müraciət edin.
-
Venadaxili maye və qusma əleyhinə dərmanlar lazım ola bilər.
-
Erkən müdaxilə daha effektiv nəticələr verir.
Təhlükəsiz dərmanlar:
-
Qusma əleyhinə preparatlar (anti-emetiklər)
-
B6 və B12 vitaminləri
-
Steroidlər və ya kombinasiyalı müalicələr
Qeyd: Həkimlə məsləhətləşmədən dərman qəbul etməyin!
Əgər antidepresant qəbul edirsinizsə, qusma əleyhinə dərmanlarla uyğunluğunu həkiminizlə müzakirə edin.
Hyperemesis Gravidarum Körpəyə zərər verə bilərmi?
Əgər düzgün müalicə olunursa, körpəyə ciddi zərər verməsi ehtimalı azdır.
Lakin bu vəziyyət uzunmüddətli çəki itirilməsinə səbəb olarsa, körpənin çəkisi normaldan az ola bilər.
Psixi sağlamlıq və Hyperemesis Gravidarum
-
Uzunmüddətli qusma həm fiziki, həm də psixoloji yorğunluğa səbəb ola bilər.
-
Özünüzü tənha və ümidsiz hiss edə bilərsiniz.
-
Depressiya və ya həyəcan simptomları güclənə bilər.
Əgər psixi sağlamlıq üçün dərman qəbul edirsinizsə və qusma bu dərmanların təsirini azaldırsa, həkiminizlə danışın.
Diqqət!
Bəzi qadınlar bu vəziyyət səbəbilə intihar düşüncələri keçirə bilər.
Əgər psixoloji dəstək almırsınızsa və bu sizə çatmırsa, həkiminizi dəyişməyi düşünün.
Hyperemesis Gravidarum və iş həyatı
-
Bu vəziyyətdə işləmək çox vaxt mümkün olmur.
-
İşəgötürənə hamiləliyinizi planlaşdırdığınızdan dahatez bildirməli ola bilərsiniz.
İş yerində nələr tələb oluna bilər:
-
Risk qiymətləndirilməsi
-
İş şəraitində və saatlarında dəyişiklik
-
İstirahət vaxtlarının təmin edilməsi
-
Ayaqyoluna yaxın masa seçimi və s.