Hamiləliyin ilk əlaməti adətən menstruasiya gecikməsidir, lakin bu dövrdə bir sıra başqa fiziki və emosional dəyişikliklər də müşahidə oluna bilər. Unutmayın: hər hamiləlik fərqlidir – bütün bu simptomların hamısı sizdə müşahidə olunmaya bilər.
Aybaşı Gecikməsi
-
Hamiləliyin ən erkən və ən ümumi əlamətidir.
-
Gecikmənin ilk günündən hamiləlik testi edə bilərsiniz.
-
Menstrual tsiklinizi izləmək üçün mobil tətbiqlərdən istifadə faydalıdır.
-
Hormonal dərmanlar qəbul edirsinizsə, gecikmə etibarlı göstərici olmaya bilər.
Qanlı İfrazat (Implantasiya qanaxması)
-
Yüngül ləkələnmə və ya qanlı ifrazat müşahidə oluna bilər.
-
Adətən embrionun uşaqlıq divarına yerləşməsi zamanı baş verir.
-
Çox vaxt menstruasiya günü ilə üst-üstə düşür.
-
Qanaxma varsa və hamilə olduğunuzu bilirsinizsə, mütləq həkimlə məsləhətləşin.
Həddindən Artıq Yorğunluq
-
Hamiləliyin ilk həftələrində fiziki və emosional tükənmə hiss edə bilərsiniz.
-
Gün ərzində adi aktivlikdən sonra belə həddindən artıq yorğunluq hissi normaldır.
Süd Vəzilərində Dəyişikliklər
-
Süd vəzilərində həssaslıq, gicikmə və ağırlıq hissi ola bilər.
-
Döş uclarının rəngi tündləşə bilər və bu dəyişiklik qalıcı ola bilər.
-
Gilə ətrafındakı dəri daha qabartılı görünə bilər.
Tez-Tez Sidiyə Getmək
-
Uşaqlığın böyüməsi sidik kisəsinə təzyiq edir.
-
Progesteron hormonu da bu prosesi artırır.
-
Vaginal axıntı arta bilər – lakin qaşınma, yanma, qoxu varsa, infeksiya ehtimalını istisna etmək üçün həkimə müraciət edin.
Ürəkbulanma və Qusma
-
Adətən hamiləliyin 4-6-cı həftələrindən başlayır.
-
Hər qadında fərqli şəkildə olur: bəziləri yalnız ürəkbulanma hiss edər, bəziləri ağır qusar, bəzilərində isə heç biri olmaz.
-
Qusmalar çoxdursa və su/qida qəbul edə bilmirsinizsə – hiperemezis gravidarum ola bilər. Mütləq həkimlə danışın.
Əhval Dəyişiklikləri
-
Hamiləliyin ilk 12 həftəsində estrogen və progesteron hormonları emosiyalara təsir edir.
-
Gülmək və ağlamaq bir anda ola bilər – bu normal haldır.
-
Uzunmüddətli depressiv hallar varsa, psixoloji dəstək alın.
Hər 5 qadından 1-i hamiləlik zamanı və ya doğuşdan sonra psixi sağlamlıq problemi yaşayır.
Qəribə Dad, Qoxu və İstəklər
-
Qoxulara qarşı həssaslıq
-
Metal dadı
-
Qida seçiminin dəyişməsi və qəribə qida istəkləri
-
Əvvəllər sevdiyiniz qidalardan iyrənmək və əksinə
Hamilə Ola Biləcəyinizi Düşünürsünüzsə…
Nə etməlisiniz?
-
Hamiləlik testi edin
-
Menstruasiyanın vaxtı keçibsə, nəticə daha etibarlı olacaq
-
Test müsbət çıxsa:
-
Hamiləliyə davam etmək istəyirsinizsə, nə etməli olduğunuzu öyrənin
-
Duyğularınız qarışıq ola bilər – bu tam normaldır
-
Seçimləriniz barədə etibar etdiyiniz insanlarla və ya həkiminizlə danışmaq qərar verməyə kömək edə bilər.
Test Mənfi Çıxdısa?
-
Çox erkən etdiyiniz üçün mənfi çıxmış ola bilər.
-
Bir neçə gün sonra testi təkrar edin.
-
Hələ də menstruasiya yoxdursa, həkimlə danışın.
Hamilə Qalmaq – Nə Qədər Vaxt Aparır?
-
40 yaşdan aşağı olan hər 10 cütdən:
-
8-i bir il ərzində,
-
9-u isə iki il ərzində hamilə qalır, əgər müntəzəm cinsi əlaqə (2–3 gündə bir) varsa və qorunma üsulu istifadə olunmursa.
-